yeraltı su yatağı

Sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi

yeraltı su hövzəsi
yerin təki
OBASTAN VİKİ
Yeraltı su kəməri (Yuxarı Əskipara)
Yeraltı su kəməri — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı — Naxçıvan MR Culfa şəhə­rinin şimal-şərqində, dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Yataq üst eosen-oliqosenin vulkanogen törəmələrindən təşkil olunmuş Darrıdağ antiklinalının cənub-qərb qanadına aiddir. Mineral bulaq antiklinalın pozulmuş tağ hissəsinin parçalanmış əhəngdaşılarında boşalır və suları kar­bo­nat, hidro­karbonat-xlorid-natriumlu yüksək dərəcədə minerallaşmış (17-21 q/l), qaynar (42-) və ya ilıqdır (23-). Darrıdağ bulaqları haqqında ilk məlu­mat 1830-cu ilə gedib çıxır. Onlardan mədə-bağırsaq, əzələ, qanazlığı, periferik əsəb sistemi və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur. Yatağın bazasında balneoloji klinika fəaliyyət göstərir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Əshabi-kəhf mineral su yatağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs "Əshabi Kəhf (Culus) dağı" nın ətəyindədir. Oradakı "təndirdən" (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır. Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı "Pyatiqorsk" (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10–15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir. Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir.
Yeraltı axım
Yeraltı axım hövzənin geoloji quruluşunun əsas funksiyasıdır. Ərazinin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq yeraltı suların formalaşması və çayların yeraltı sulardan qidalanması şəraiti də müxtəlifdir. Yüksək dağlıq ərazilərdə yeraltı suların qidalanma şəraiti az öyrənilmişdir. Burada yeraltı axım əsasən dellüvial və allüvial çöküntülərdə formalaşır, onun rejimi isə çox halda atmosfer yağıntılarının paylanmasından asılıdır. Yeraltı sularla ən bol ərazilər Böyük Qafqazın cənub yamacında orta yuranın qum daşları və şistlərin yayıldığı sahələrdir. Bu qatlara aid olan bulaqların orta debiti 7–8 l/s-yə çatır. Şimal-şərq yamacın dərin dərələrində debiti 50 l/san-ə çatan çoxlu bulaqlar mövcuddur. Bu rayonlarda yeraltı qidalanma çay axımının əsas hissəsini təşkil edir. Geoloji quruluşun və çay hövzələrinin hidrogeoloji şəraitinin qidalanmaya təsiri Kiçik Qafqaz ərazisində özünü daha aydın göstərir. Kiçik Qafqazın çay hövzələri vulkanogen süxurlardan və sukeçirən çöküntülərdən ibarətdir.
Yeraltı hamam
Yeraltı hamam — Bakıda yerləşən tarixi abidə. Yeraltı hamam — Şəkidə yerləşən tarixi abidə. Yeraltı hamam — Şuşada yerləşən tarixi abidə. Gənzə hamamı — Ordubad rayonunun Gənzə kəndində yerləşən tarixi abidə. Yeraltı hamam — Tarixi Azərbaycan ərazisində yayılmış hamam inşaat forması. Yerüstü və yarımyeraltı hamamlardan fərqli olaraq yeraltı hamamlar əvvəlcədən qazılmış və ya təbii çökək olan ərazilərdə inşa edilir, tikilinin əsas gövdəsi yer altında qalır, dam örtüyü və günbəzləri isə yer səviyyəsinə bərabər olur.
Yeraltı mədəniyyət
Yeraltı mədəniyyət və ya anderqraund mədəniyyət (ing. underground — yeraltı) — müasir incəsənətdə (musiqi, ədəbiyyat, kino, təsviri incəsənət və s.) kütləvi mədəniyyətə, əsas və rəsmi sənətə zidd olan yaradıcı meyllər toplusu. Yeraltıya qeyri-rəsmi, müstəqil və ya senzuralı növlər və sənət əsərləri daxildir. Yeraltı ilə əsas cərəyan arasındakı sərhəd həmişə bulanıqdır, çünki bir yeraltı olaraq başlayan bir çox sənət növü və əsərləri zaman keçdikcə populyarlaşdı və geniş yayıldı. Yeraltı, hakim ideologiyanı pozmaq, üslub və dil məhdudiyyətlərini bilməmək, ümumiyyətlə qəbul edilmiş dəyərləri, normaları, sosial və bədii ənənələri rədd etmək, tez-tez ictimaiyyəti şoka salmaq, üsyanla xarakterizə olunur. Yeraltı cəmiyyətdə qəbul edilən siyasi, əxlaqi və etik istiqamətləri və davranış stereotiplərini rədd edir və tez-tez pozur, gündəlik həyatda yeni davranış modelləri tətbiq edir. Amerika və Avropa yeraltılarının tipik mövzuları "cinsi inqilab", narkotik, din əleyhinə, marjinal qrupların problemləridir. Bu termin XX əsrin ikinci yarısında yaranıb və istifadə olunmağa başlayıb. Ekstremal və avangard metal və grunge kimi rok musiqisinin bəzi növləri yeraltı olaraq təsnif edildi. Hip-hopun bu anlayışı gi-funk və gangsta rap-ə aid edilə bilər.
Yeraltı sular
Yeraltı sular – Yer qabığının üst hissələrindəki süxur qatlarında maye, sülb və ya buxar halında olan sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və karst sularına bölünür. Yeraltı sular təzyiqsiz qrunt suları və təzyiqli artezian sularına ayrılır. Yeraltı suların tərkibi 60-dan çox kimyəvi elementlə doymuş olur. Yeraltı sular minerallaşma dərəcəsindən asılı olaraq şirin , şortəhər , şor, duzlu sulara bölünür. Temperaturuna görə soyumuş , çox soyuq , ilıq , isti , çox isti və qaynar olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Yeraltı suları-içməli sular, sənaye suları, mineral sular və termal sulara ayırırlar. Sənaye müəsisələrinin, xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sulara daxil olması. Kənd təsərrüfatı da çirklənmə mənbəyi ola bilər: tarlalardan gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları. Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin əsas prinsipləri aşağıdakılardır: Hər bir obyektdə hidrogeoloji axtarış və kəşfiyyat işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması və iqtisadi səmərəlilik prinsipi Bu prinsip iki hissədən ibarətdir: birinci hissədə şirin YSY-nin axtarış və kəşfiyyat işlərinin təşkili suya əvvəlcədən bildirilmiş təlabata uyğun aparılır.
Yeraltı ədəbiyyat
Yeraltı ədəbiyyat — dili zəncirlərindən azad etmək üçün XIX əsrin ortaları və XX əsrin əvvəllərində formalaşmağa başlayan ədəbi cərəyandır. Sərt, ziddiyyətli, tənqidi, daha çox reallığın və təxəyyülün incə xəttində var olmağa çalışan yeraltı ədəbiyyat alkoqolizmin, seksuallığın, qeyri-adiliyin və küfrün ifadəsidir. Kökləri kifayət qədər qazıldıqda Marquis de Sadeyə (1740–1814) qədər çatmaq olar. Sade yazıları ilə "başqalarına ağrı vermək həzzi" adlandırılan "Sadizm" ideyasının atası oldu. Sağlığında erotizm və zorakılıqla bağlı kitabları olduqca qəribə idi və o, həbs olundu, lakin onun yazıları başqa yazıçılar üçün də ilham mənbəyi olub. Bir çox ədəbi nümunələrə məhəl qoymayan yeraltı ədəbiyyat bizi Charles Bukowskini (1920–1994) tanıdı."Factotum", "The Most Beautiful Woman in Town" (Şəhərin ən gözəl qadını),"Pulp", "Postane" (Poçt şöbəsi) onun əsərlərindən yalnız bir neçəsidir. Xüsusilə "Factotum" müəllifi daha yaxından tanımağa kömək edir. Çünki Bukovski Henry Chinaski kimi həyatının bir dövrünü ortaya qoyur. Müəllif kitabında müxtəlif avaralığını, daim dəyişən işlərini, qadınlarla münasibətlərini təsvir edərkən, onun da yeraltı qəhrəman ola biləcəyinə işarə edir. Son illərdə daha sürətlə inkişaf edən ədəbiyyat, 1999-cu ildə Chuck Palahniuk-un "Döyüş klubu" adlı əsərindən kinoya keçdi və pərəstişkarlarını artırdı.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Abşeron yatağı
Abşeron — qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir. Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır. İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), ARDNŞ (40%) və Engie (20%). SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln.
Cəyirçay yatağı
Dəniz yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Filizçay yatağı
Filizçay yatağı — kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır. Hazırda Azərbaycan Respublikasının kolçedan-polimetal filizləri ehtiyatılarının 90%-i Böyük Qafqazın cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda cəmlənmişdir. Ən iri Filizçay yatağın­dan başqa, burada daha kiçik yataqlar olan Kasdağ, Katex, Saqator, Qarabçay və Mazımçay kolçedan-polimetal yataqlarını, həmçinin Gumbul­çay-Çeder kolçe­dan-mis-polimetal filiz təzahürləri qrupunu göstərmək olar ki, bunların tərkibi əsasən pirit, sfalerit, qalenit, xalkopirit, pirrotin, ikinci dərəcəli metallardan – arsenopirit, kobaltin, müxtəlif metal sulfoduzları və s. ilə təmsil olunmuşdur. Əsas faydalı komponentlər mis, sink, qurğuşun, gümüş, kükürd, müşayiət kom­po­nentləri isə qızıl, vismut, kobalt, kadmium, selen, tellur, indiumla təmsil olun­muşlar. Filizçay yatağının sənaye ehtiyatları əsasında xammal təminatı 50 ildən çox dövrə yetəcək yüksəkgəlirli mədən-metallurgiya kompleksini yaratmaq olar. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Gədəbəy yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Naxçıvan yatağı
Naxçıvan yatağı — Azərbaycanda, Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400–600 metr (1.300–2.000 ft) dərinlikdə yerləşir. Naxçıvan yatağı 1960-cı ildə aşkar edilmişdir. 1994-cü ildə qazma işlərinə hazırlanmışdır. 1997-ci ildə ExxonMobil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalamışlar, lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəbindən sonradan dayandırılmışdır. 2010-cu il mart ayının 10-da Almaniyanın RWE Dea neft şirkəti ARDNŞ ilə bu sahəni inkişaf etdirmək üçün memorandum imzalamışdır. İlkin proqnozlara görə, Naxçıvan ərazisində 300 milyard kubmetr təbii qaz və 40 milyon ton təbii qaz kondensatını ehtiyatı ola bilər.
Neft yatağı
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Okean yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Oğlanqala yatağı
Oğlanqala yatağı — mərmərləşmiş əhəng daşı Şərur rayonu ərazisində, Şərur d.y.st.-ından 8 km şimal-şərqindədir. Geoloji quruluşunda Üst Karbon yaşlı, tünd-boz və qara rəngli kristallik mərmərləşmiş əhəngdaşılar iştirak edir. Tektonik cəhətdən Dizə-Sədərək sinklinalının cənub-qərb qanadında yerləşir. Faydalı qat xırda və orta dənəli olub, müxtəlif istiqamətdə kalsit damarları ilə kəsilir. Sıxlığı 2,53–2.72 t/m³-dir. Tərkibində CaO-nın miqdarı 51,8% təşkil edir. Əhəngdaşı yüksək keyfiyyətli üzlük daşı və dekorativ çınqıl kimi yararlıdır. Yatağın sənaye ehtiyatı 2299 min m³, blok çıxışı 35%-dir.
Qaradağ yatağı
Teymuruçandağ yatağı
Zəfər yatağı
Zəfər yatağı – Gədəbəy rayonunda yerləşən sənaye əhəmiyyətli mis-qızıl yatağı. Yataq “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan Azərbaycan Beynəxalq Mədən Əməliyyat Sirkətinin (ing. Azerbaijan Interntional Mining Company - AIMC) yerli geoloqları tərəfindən 2020-ci ilin oktyabr-noyabr aylarında kəşf olunub. Əsas filiz kütləsi 44 günlük Vətən Müharibəsi günlərinə rast gəlindiyi üçün qazanılan qələbələrin şərəfinə yataq "Zəfər" adlandırılıb. Yataq inzibati cəhətdən Gədəbəy rayonunda yerləşir və rayon mərkəzindən təxminən 5 km Şimal-Qərbdə, Gədəbəy yatağından 3.8 km Şimal-Qərbdə və Uğur yatağından 2.5 km Cənub-Qərbdədir. Ərazi müəyyən yerlərdə hətta 2000 m-i keçən yüksək dağlıq relyefə və ot örtüyünə sahibdir. Həmin sahədə kəşfiyyat işlərinə 2016-cı ildən başlanılmışdır. Aparılan kompleks axtarış-kəşfiyyat işlərinin – çöl sınaqlaşdırması, geokimyəvi sınaqlaşdırma, xəritəalma, geofiziki tədqiatlar nəticəsində kəşf olunub. Əsas filiz kütləsi 2020-ci ilin oktyabr-noyabr aylarında quyularla kəsilmişdir. Yatağın kəşfi ilə bağlı rəsmi elan isə 2021-ci ilin yanvar ayında verilib.
Çay yatağı
Çayın bolsulu dövrləri arasındakı müddətdə çay dərəsinin su axan ən alçaq hissəsi.
Əşrəfi yatağı
Əşrəfi yatağı — Xəzərin Azərbaycan sahilində, Bakının 105 kilometr cənub-şərqində, Qarabağ neft yatağının qərbində yerləşən qaz və neft yatağı. Dan Ulduzu-Əşrəfi bloku üçün ARDNŞ və Şimali Abşeron Əməliyyat Şirkəti (abr. ŞAƏŞ) konsorsiumu arasında kəşfiyyat, inkişaf və hasilat haqqında istehsal bölgüsü razılaşması (İBR) 14 dekabr 1996 tarixində imzalanmışdır. Müqavilə sahəsi 453 km² idi. Yatağın yerləşdiyi ərazidə suyun dərinliyi 160–180 metr arasındadır. Razılaşmaya əsasən, 3 kəşfiyyat quyusu qalılacaqdı, əgər uğurlu olarsa, istehsalat 2003-cü ildə başlayıb, 2007-ci ildə 7 milyon tona çatacaq hasilat ilə bitəcəkdi. Ümumi kapital investisiyası 2.5 milyard dollar olacağı ehtimal olunur. 3 kəşfiyyat quyusunun qazılmasından sonra Dan Ulduzunda 2 milyon ton neft, 1998-ci ilin yanvar ayında isə, Əşrəfi yatağında 6 milyon ton neft aşkar edilmişdir. 1998–2001-ci illərdəki kəşfiyyat mərhələsində neftin bir barrelinin qiyməti 20 dollardan aşağı idi. Enerji qiymətlərinin aşağı olması səbəbindən blok kommersiya cəhətdən etibarlı sayılmamış və beləliklə də tərk edilmişdir.
Kürsəngi yatağı
"Kürsəngi" neft yatağı Bakı şəhərindən 100 km aralıda, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində Ələt stansiyasından 30–32 km cənub-qərbdə, Kürsəngi kəndi ərazisində, "Kürovdağ", "Mişovdağ" və "Qalmaz" yataqlarının arasında yerləşir. Sahədə struktur-axtarış işlərinə 1937-ci ildən başlanılıb. 1947–1948-ci illərdə aparılan seysmik-axtarış işləri nəticəsində burada antiklinal qırışıq müəyyən olunub. 1959-cu ildə sahədə 3 ədəd kəşfiyyat quyusu qazılsa da, layihə dərinliyinə çatdırılmayıb. 1960-cı ildə qazılan 5 saylı quyu 2896 metr dərinlikdən sutkalıq 20–25 ton neft hasilatı ilə işlənməyə cəlb olunub. Bundan sonra, qazılan 8 (55–60 ton/gün) və 6 saylı (150 ton/gün) kəşfiyyat quyuları da sənaye əhəmiyyətli neft verib. "Kürsəngi" yatağı tektonik cəhətdən şimal-qərb istiqamətində uzanan əyilmiş braxiantiklinal quruluşludur. 1961-ci ildə struktur-axtarış qazması zamanı bir sıra quyulardan sənaye əhəmiyyətli neft və qaz alınıb. 1977-ci ildə "Kürsəngi" yatağının "Kürsəngi şimal" və "Kürsəngi cənub" qırışığından ibarət olması və bir neçə neftli-qazlı horizontlar aşkar edilib. Yataqda ümumilikdə 495 quyu qazılıb.